Aprelin 2-dən etibarən Rusiyanın “İrAero” aviaşirkəti Krasnoyarskdan Bakıya uçuşlara başlayır. Bu barədə Krasnoyarsk Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat verir.
Uçuşlar həftədə bir dəfə – bazar günləri yerinə yetirəcək. Uçuş müddəti 4 saat 50 dəqiqə təşkil edəcək.
Uçuşlar “Superjet 100” təyyarəsi ilə həyata keçiriləcək.
“İrAero” aviaşirkəti İrkutsk şəhərində yerləşən Rusiya aviaşirkətidir. Aviaşirkətin parkına yeddi Superjet 100, bir – A319-100, həmçinin Аn-24, Аn-26, Аn-26-100 и bir Bombardier CRJ-200 təyyarəsi daxildir. Aviaşirkət Rusiyanın 70-dən çox şəhərinə, o cümlədən yaxın xarici ölkələrə reyslər yerinə yetirir