10 C
Baku
Thursday, December 12, 2024

Rusiyanın iri logistika şirkəti Azərbaycanda 2 mln. manatlıq şirkət təsis edib

Rusiyanın “RAILGO” şirkəti Azərbaycanda 2 mln. manat nizamnamə kapitalı olan şirkət təsis edib.

Banker.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cari ilin ilk rübündə “RAILGO” Məhdud Məsuliyyətli Cəmiyyətini dövlət qeydiyyatına alıb.

RAILGO şirkəti 25 dekabr 1997-ci ildə təsis edilib və uzun illərdir ki, yük daşımaları üzrə fəaliyyət göstərir.

RAILGO dəmir yolu və su nəqliyyatı ilə xam neftin, mayeləşdirilmiş karbohidrogen qazlarının, neft məhsullarının və neft-kimya məhsullarının daşınması, həmçinin multimodal daşınma üzrə ekspeditorluq xidmətlərinin göstərilməsi üzrə ixtisaslaşıb.

RAILGO-nun parkına 30 mindən çox vaqon daxildir. 2019-cu ildə neft yüklərinin daşınmasında göstərilən xidmətlərin həcmi 30 milyon ton təşkil edib.

Azərbaycandakı “RAILGO” MMC-yə Ceyhun Novruzov Elçin oğlu rəhbərlik edəcək. Şirkət Bakı şəhəri Səbail rayonu, Dağlıq, ev 37 ünvanında dövlət qeydiyyatına alınıb.

Son xəbərlər
Digər xəbərlər