12 C
Baku
Saturday, November 23, 2024

“Rusiyanın kifayət qədər resursu var, Qərb arxayınlaşmamalıdır”

“Rusiyanın Ukraynada uzunmüddətli müharibə aparması üçün kifayət qədər resursları var, ona görə də Qərb yardım göstərmək məsələsində arxayınlaşmamalıdır”.

Bunu Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs deyib.

Nazir qeyd edib ki, indi Ukraynaya “qışı keçirməyə” kömək etmək və dağılmış mülki infrastrukturu bərpa etmək üçün təkcə hərbi deyil, həm də maliyyə yardımı göstərmək vacibdir. Onun fikrincə, bu arada Rusiya Qərbin “yorğunluğu”na ümid edir, xüsusilə də ictimai rəyə mənfi təsir etməyə səy göstərir.

Rinkeviçs bildirib ki, Ukraynaya kömək edilməsi ilə bağlı Qərbin birliyi kifayət qədər güclüdür. Lakin problemlər adətən qərarların icra sürəti ilə bağlıdır. Məsələn, silahların çatdırılması cəbhədəki dəyişikliklərlə müqayisədə çox vaxt ləng gedir.

Siyasətçi Rusiyanın müdafiə naziri Sergey Şoyqunun bir neçə ölkənin müdafiə nazirləri ilə şübhəli telefon zənglərinə də münasibət bildirib. O, Şoyqunun Ukraynanın “çirkli bomba”dan istifadə edə biləcəyi ilə bağlı zənglərini Rusiya Federasiyasının təxribatlara mümkün hazırlığı kimi dəyərləndirib, həmçinin Rusiyanın Ukraynanın mülki infrastrukturuna hücumlarından diqqəti yayındırmaq cəhdi kimi də qiymətləndirib.

Rinkeviçsin fikrincə, Xerson ətrafında vəziyyət Rusiya üçün əlverişsiz inkişaf etdikcə Moskvadan istənilən hərəkət ssenarilərini gözləmək olar.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər