21 C
Baku
Monday, July 22, 2024

Rusiyanın Kiyevə raket hücumu zamanı “Patriot” sistemi zədələnib

Rusiyanın Kiyev və ətrafına raket atəşləri nəticəsində ABŞ istehsalı “Patriot” hava hücumundan müdafiə (HHM) sistemi zədələnib.

Bu barədə CNN-ə ABŞ rəsmisi bildirib. Qeyd olunub ki, “Patriot” HHM zədələnsə də sıradan çıxmayıb.

O, ABŞ-ın HHM sisteminin nə dərəcədə zədələnməsini qiymətləndirdiyini əlavə edib. Qeyd edib ki, qiymətləndirmələr əsasında sistemin tamamilə geri çəkilməsi və ya sadəcə olduğu yerdə təmir edilməsi ilə bağlı qərar qəbul ediləcək.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi daha əvvəl hipersonik “Kinjal” raketi ilə Kiyevdə “Patriot” HHM sistemini sıradan çıxarılmasına dair məlumat yayıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər