Rusiyanın Mərkəzi Bankı 2019-cu ildə istifadəyə verdiyi sürətli ödəmə sisteminə smartfon vasitəsi ilə təmassız ödəniş imkanını (NFC) əlavə etməyi planlaşdırır. Qeyd edək ki, hal-hazırda bank QR-kodları ilə ödəmə metodunu tətbiq edir.
Bu texnologiya “Apple Pay”, “Samsung Pay”, “Android Pay” tətbiqetmələrində, habelə bank kartları ilə təmasda olmayan ödənişlərdə istifadə olunur.
2019-cu ildə istifadə verilən sürətli ödəmə sistemi bankların kartları arasında telefon nömrəsi ilə pul köçürmə əməliyyatlarını həyata keçirməyə imkan verir, payızdan başlayaraq sistemdə QR-kod il ödəmə metodundan istifadə etmək imkanı tətbiq olunmağa başlayıb.
Təmassız ödəniş imkanını Rusiyanın “Promsvyazbank”, “Roketbank” və “VTB” bankları nəzərdən keçirirlər.
Təmassız ödəniş (NFC) necə həyata keçiriləcək?
- Mağazada NFC quraşdırıldıqda, alıcı smartfonunu ona yaxınlaşdırmalı, lazımi məbləği daxil etdikdən sonra (bəzi hallarda buna ehtiyac olmaya bilər) ödənişi təsdiq etməlidir.
- Smartfon vasitəsilə təmassız ödəniş etməyin ikinci variantı: alıcı smartfonunu NFC texnologiyasını dəstəkləyən ödəmə terminalına yaxınlaşdırır, terminal smartfona müvafiq siqnal ötürür və “deep link” funksiyasını işə salır (iOS və Android üçün nəzərdə tutulub, bu və ya digər faylı açmaq üçün istifadəçiyə tətbiq seçməyi təklif edir). Bu halda istifadəçi smartfonda quraşdırılmış tətbiqlərdən birini seçməli və ödənişi təsdiq etməlidir.
Qeyd edildiyi kimi, smartfon vasitəsilə təmassız ödənişlərin müsbət tərəfləri ilə yanaşı, bir çox mənfi tərəfləri də var. Belə ki, sistem alıcının ödənişi təsdiq etməsini istəyəndə, yaxınlıqda yerləşən mağazalar hesablara çıxış əldə edə və smartfonu ələ keçirə bilərlər.