10 C
Baku
Thursday, December 12, 2024

Rusiyanın müharibədən qazancı və itkisi nə oldu? – Putin cavabladı

Rusiya Prezidenti Vladimir Putin 24 fevralda Ukrayna ilə müharibənin başlanmasından sonra ölkəsinin nə itirdiyi və nə qazandığı sualına cavab verib.

Vladivostokda keçirilən Şərq İqtisadiyyat Forumunun plenar iclasında çıxış edən Rusiya liderinin çıxış nitqində Ukrayna barədə danışmaması maraq doğurub.

Moderatorun Putinə Ukrayna mövzusundan niyə danışmaması ilə bağlı sualına Rusiya lideri Ukraynanın Asiya-Sakit okeanı regionuna aidiyyətinin olmadığı cavabını verib. Bununla belə, Putin Ukrayna ətrafındakı vəziyyətlə bağlı sualları cavablandıra biləcəyini söyləyib.

O, moderatorun 24 fevraldan sonra Rusiyanın nə itirdiyi və nə qazandığı ilə bağlı sualına cavabında ölkəsinin heç nə itirmədiyini və itirməyəcəyini bildirib.

Putin ölkəsinin 24 fevraldan sonra başlıca qazancının Rusiyanın suverenliyinin möhkəmlənməsinin olduğunu vurğulayıb.

Qeyd edək ki, bu ilin fevralın 24-də Rusiya Ukraynada müharibəyə başlayıb. Rəsmi Moskva bunu müharibə deyil, “xüsusi hərbi əməliyyat” hesab edir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər