28 C
Baku
Saturday, July 27, 2024

Rusiyanın nəhəng neft şirkətləri vergi artımına görə şikayət ediblər

Rusiyanın nəhəng neft şirkətlərinin rəhbərləri Maliyyə Nazirliyinin əlavə gəlir vergisini artırmaq təklifi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə şikayət ediblər.

Bu barədə “Kommersant” qəzeti şirkət rəhbərlərinin məktubuna istinadən xəbər yayıb.

Qeyd edilib ki, neft sənayesində effektivliyin qiymətləndirilməsi və vergi şərtlərində mümkün dəyişikliyin təcrübənin başlanmasından 5 il sonra tətbiq ediləcəyi təxmin edilirdi. Bu rejim isə 2019-cu ildən fəaliyyət göstərir.

Onlar əlavə gəıir vergisini effektiv adlandırıb və bəyan ediblər ki, hazırkı rejimə keçidlə yataqlara əlavə investisiyanın həcmi 110 mlrd rubl təşkil edib. Şirkətlər, həmçinin bildirib ki, beş illik fəaliyyət dövründə ölkə büdcəsi 180 mlrd rubl əlavə gəlir əldə edib. Hesab edilir ki, əlavə gəlir vergisində dəyişiklik nəticəsində 10 il ərzində mənfəət vergisi olan layihələrdə hasilat 340 mln tona qədər, investisiya isə 2,3 mln rubl azalacaq, nəticədə büdcə 2,5 mln rubldan məhrum olacaq.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər