5 C
Baku
Saturday, December 14, 2024

Rusiyanın Nüvə Enerjisi Agentliyində üzvlüyü dayandırılır

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının saytındakı bəyanatda deyilir ki, aprelin 11-indən Rusiyanın İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı yanında Nüvə Enerjisi Agentliyində üzvlüyü dayandırılır.

Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir ki, qərarın mayın 11-i qüvvəyə minməsi gözlənilir.

Qeyd edək ki, Rusiyanın mülki nüvə proqramı ABŞ, Fransa, Çin və Yaponiyadan sonra dünyada beşincidir. Rusiya hazırda mülki atom elektrik stansiyalarının dünya üzrə aparıcı ixracatçısıdır.

Nüvə Enerjisi Agentliyi – qərargahı Parisdə yerləşən hökumətlərarası təşkilatdır. Agentliyin əsas vəzifəsi nüvə enerjisindən dinc məqsədlərlə təhlükəsiz, ekoloji cəhətdən təmiz və iqtisadi cəhətdən səmərəli istifadənin elmi, texnoloji və hüquqi əsaslarının saxlanılması və inkişaf etdirilməsi sahəsində beynəlxalq əməkdaşlıq çərçivəsində üzv ölkələrə yardım etməkdir.

Son xəbərlər
Digər xəbərlər