Rusiya 2025-ci il ərzində Ukraynanın 4 336 kvadratkilometr ərazisini nəzarətə götürüb, bu da bütün ölkə ərazisinin təqribən 0.72 faizini təşkil edir.
Bu barədə məlumat “DeepState” layihəsinin hesabatında yer alıb.
2023-cü il yanvarın 1-dən 2026-cı il yanvarın 1-dək nəzarətə götürülmüş ərazilərin artımı 7 463 kvadratkilometr və ya bütün ərazinin 1.28%-ni təşkil edib.
Bütövlükdə Ukrayna torpaqlarının 116 165 kvadratkilometri Rusiyanın nəzarətindədir. Bu, Ukraynanın ümumi ərazisinin 19.25%-ni təşkil edir.







