Banker.az / Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti – “Rosselxoznadzor” dekabrın 10-dan etibarən Azərbaycandan pomidor və alma idxalı qadağan edib. Səbəb isə məhsulların tərkibində “zərərvericilərin” aşkarlanması gətirilir.
2020-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan xarici ölkələrə 154.98 min ton həcmində təzə, soyudulmuş pomidor satmaqla bunun müqabilində 167.80 mln. dollar həcmində valyuta daxil olub. Son ildə Azərbaycan pomidorunun alıcı sayı azalsa da, loyal alıcıları azalsa da “loyal” alıcıların pomidor sifarişlərinin artırması ümumi ixrac həcmini 15% artırdı.
Azərbaycanın pomidor yetişdirənlər üçün ən böyük bazarı Rusiyadır. Eləcə də Rusiya pomidor bazarının əsas payçısı da (30%-ə yaxın) Azərbaycan sayılır. 2018-ci illə müqayisədə 2019-cu ildə Çin, Ermənistan, Belarus, İran və Mərakeşdən idxal etdiyi pomidorun hacmini azaldıb, əvəzində Azərbaycan, Türkiyə və Özbəkistanın bu tərəvəzinə daha çox yer vermişdi. Eləcə də Azərbaycan öz növbəsində Qazaxıstan və Ukraynadan aldığı yumşaq buğda meslinin həcmini azaldıb, Rusiyanın becərdiyi strateji məhsula üstünlük vermişdi.
İndi sual olunur ki, Azərbaycan RF bazarına çıxış əldə edə bilmədiyi halda itkiləri nə ola biləcək? Yeni potensial müştərilər varmı?
Azərbaycan pomidorunun 2020-ci ildəki müştərisi (yanvar-sentyabr) ölkədən xaricə satılan bu tərəvəzdə 98% pay sahibi olan Rusiya idxal həcmini 15 faiz artıraraq 152.21 min tona(məbləğ: $166.6 mln.), ikinci alıcı Ukrayna isə 2.6 dəfə artırmaqla 2.35 min tona çatdırıb (məbləğ: $1.02 mln.).
2019-cu ildəki müştəri ölkələr – Almaniya, İsveçrə, İraq və Qətər isə bu il ölkəmizdən pomidor alışını dayandırıblar.
Azərbaycan pomidoruna Rusiya bazarında əsas təlabat isə qış aylarında yaranır ki, bunu da Azərbaycan istixanalarda yetişdirdiyi pimodorla ödəyir. Hazırda sahibkarlar üçün logistik baxımından və böyüklüyünə ən görə mühüm bazar Rusiyadır.
Rusiya pomidor haradan alır?
№ | Ölkələr | 2018 | 2019 |
1 | Azərbaycan | 169,870 | 172,359 |
2 | Türkiyə | 34,873 | 93,966 |
3 | Çin | 87,993 | 69,386 |
4 | Mərakeş | 91,577 | 53,651 |
5 | Belarusiya | 57,063 | 49,213 |
6 | Özbəkistan | 25,343 | 29,326 |
7 | İran İslam Respublikası | 34,818 | 26,035 |
8 | Ermənistan | 36,690 | 22,736 |
9 | Qazaxıstan | 18,642 | 16,732 |
10 | Türkmənistan | 5,270 | 11,972 |
Dünya üzrə | 577,735 | 557,708 |
Eləcə də qadağa siyahısında adı çəkilən almanın Azərbaycandan cari ilin yanvar-sentyabr aylarında Rusiyaya ixracnın həcmi 35 min ton, yəni, 14.75 mln. dollar təşkil edib. İxracda RF-nin payı 93%-dir. Xatırladaq ki, Azərbaycanın xaricə cəmi alma ixracı 37.61 ton, 15.8 mln. dollar olub.