10 C
Baku
Thursday, December 12, 2024

Rusiyanın “pomidor qadağası” – Azərbaycana necə təsir edəcək?

Banker.az / Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti – “Rosselxoznadzor” dekabrın 10-dan etibarən Azərbaycandan pomidor və alma idxalı qadağan edib. Səbəb isə məhsulların tərkibində “zərərvericilərin” aşkarlanması gətirilir.

2020-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan xarici ölkələrə 154.98 min ton həcmində təzə, soyudulmuş pomidor satmaqla bunun müqabilində 167.80 mln. dollar həcmində valyuta daxil olub. Son ildə Azərbaycan pomidorunun alıcı sayı azalsa da, loyal alıcıları azalsa da “loyal” alıcıların pomidor sifarişlərinin artırması ümumi ixrac həcmini 15% artırdı.

Azərbaycanın pomidor yetişdirənlər üçün ən böyük bazarı Rusiyadır. Eləcə də Rusiya pomidor bazarının əsas payçısı da (30%-ə yaxın) Azərbaycan sayılır. 2018-ci illə müqayisədə 2019-cu ildə Çin, Ermənistan, Belarus, İran və Mərakeşdən idxal etdiyi pomidorun hacmini azaldıb, əvəzində Azərbaycan, Türkiyə və Özbəkistanın bu tərəvəzinə daha çox yer vermişdi. Eləcə də Azərbaycan öz növbəsində Qazaxıstan və Ukraynadan aldığı yumşaq buğda meslinin həcmini azaldıb, Rusiyanın becərdiyi strateji məhsula üstünlük vermişdi.

İndi sual olunur ki, Azərbaycan RF bazarına çıxış əldə edə bilmədiyi halda itkiləri nə ola biləcək? Yeni potensial müştərilər varmı?

Azərbaycan pomidorunun 2020-ci ildəki müştərisi (yanvar-sentyabr) ölkədən xaricə satılan bu tərəvəzdə 98% pay sahibi olan Rusiya idxal həcmini 15 faiz artıraraq 152.21 min tona(məbləğ: $166.6 mln.), ikinci alıcı Ukrayna isə 2.6 dəfə artırmaqla 2.35 min tona çatdırıb (məbləğ: $1.02 mln.).

2019-cu ildəki müştəri ölkələr – Almaniya, İsveçrə, İraq və Qətər  isə bu il ölkəmizdən pomidor alışını dayandırıblar.

4u2y34u23yt23uAzərbaycan pomidoruna Rusiya bazarında əsas təlabat isə qış aylarında yaranır ki, bunu da Azərbaycan istixanalarda yetişdirdiyi pimodorla ödəyir. Hazırda sahibkarlar üçün logistik baxımından və böyüklüyünə ən görə mühüm bazar Rusiyadır.

Rusiya pomidor haradan alır?

Ölkələr 2018 2019
1 Azərbaycan 169,870 172,359
2 Türkiyə 34,873 93,966
3 Çin 87,993 69,386
4 Mərakeş 91,577 53,651
5 Belarusiya 57,063 49,213
6 Özbəkistan 25,343 29,326
7 İran İslam Respublikası 34,818 26,035
8 Ermənistan 36,690 22,736
9 Qazaxıstan 18,642 16,732
10 Türkmənistan 5,270 11,972
Dünya üzrə 577,735 557,708

 

Eləcə də qadağa siyahısında adı çəkilən almanın Azərbaycandan cari ilin yanvar-sentyabr aylarında Rusiyaya ixracnın həcmi 35 min ton, yəni, 14.75 mln. dollar təşkil edib. İxracda RF-nin payı 93%-dir. Xatırladaq ki, Azərbaycanın xaricə cəmi alma ixracı 37.61 ton, 15.8 mln. dollar olub.

Son xəbərlər
Digər xəbərlər