Rusiyanın bu müharibədə qalib gəlməsi bütövlükdə NATO üçün pis olacaq.
Bunu NATO Baş katibi Yens Stoltenberq “Politico”ya müsahibəsində deyib.
Stoltenberqin sözlərinə görə, Rusiyanın qalib gəlməsi Avropa, Şimali Amerika və bütövlükdə NATO üçün pis olacaq: “Çünki bu, bütün avtoritar liderlərə, yalnız Putinə deyil, həm də Çinə mesaj göndərəcək ki, onlar da qəddar hərbi gücdən istifadə edərək məqsədlərinə nail ola bilərlər”.
Baş katib qeyd edib ki, Vaşinqtonun Ukraynaya yardımı davam etdirəcəyinə əmindir.
“Əgər Putin Ukraynada qalib gəlsə, bu, ukraynalılar üçün fəlakət olacaq”, – Stoltenberq vurğulayıb.