14 C
Baku
Saturday, November 23, 2024

Rusiyanın qaz təchizatının kəsilməsinə hazır olmalıyıq – Makron

Fransa Rusiya qazı olmadan yaşamağı tez bir zamanda öyrənməlidir.

Bunu Fransa prezidenti Emmanuel Makron deyib.

O, Moskvanın qazdan silah kimi istifadə etdiyini deyib və fransalıları enerji istehlakını cilovlamağa çağırıb.

“Biz özümüzü Rusiya qazı olmadan idarə etməli olduğumuz bir ssenariyə hazırlamalıyıq. Rusiya enerjidən müharibə silahı kimi istifadə edir”, – deyə o bildirib və Ukraynadakı münaqişənin “davamlı” olduğunu vurğulayıb.

Qeyd edək ki, Fransanın qaz təchizatının 17%-i Rusiyadan asılıdır.

 

 

Son xəbərlər
Digər xəbərlər