6 C
Baku
Sunday, December 15, 2024

Rusiyanın “Qazprombank” bankı Venesuelanı tərk etdi

Rusiyanın “Qazprombank” bankı Venesuelanın PDVSA (Petroleos de Venezuela) dövlət şirkəti ilə qurduqları “Petrozamora” müştərək müəssisəsindən ayrılıb.

Bu barədə bankdakı mənbə bildirib.

“Bank “Petrozamora” şirkətindən dolayı sahibliyini tamamilə tərk edib, sövdələşmənin təfərrüatları açıqlanmır”, – mənbə qeyd edib.

Bundan əvvəl “Reuters” “Qazprombank”dakı mənbələrə istinadən ABŞ sanksiyalarından çəkindiyinə görə bankın PDVSA-nın hesablarını dondurduğunu xəbər vermişdi. Sonradan bu xəbərə münasibət bildirən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu barədə xəbərdar olmadıqlarını söyləmişdi.

Daha əvvəl ABŞ hökuməti tərəfindən PDVSA-ya qarşı sanksiya tətbiq edilərək 7 milyard dollarlıq aktivlərini dondurduqlarını açıqlamışdı. Həmin sanksiyalar amerikalı şirkətlərin PDVSA-dan neft almasına qadağa qoyur. Belə sövdələşmələrdən əldə edilən vəsaitlərin qapalı hesaba köçürüləcəyi bildirilmişdi.

©Report

Son xəbərlər
Digər xəbərlər