Rusiyanın beynəlxalq qızıl ehtiyatları 2.9 milyard dollar artaraq 609.4 milyard dollar təşkil edib.
Banker.az “Kommersant”a istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat verib.
Ukraynada müharibənin başlamasına cavab olaraq Qərb ölkələri Rusiyanın qızıl-valyuta ehtiyatlarının təxminən yarısını (300 milyard dollar) dondurub. Bundan sonra Rusiya Maliyyə Nazirliyi dost olmayan ölkələrə borcları Mərkəzi Bankın məzənnəsi ilə rublla ödəyəcəyini açıqlayıb. Daha sonra bir sıra Qərb reytinq agentlikləri bunun defolt kimi qiymətləndirilə biləcəyini bildirib.
Bunun fonunda Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov aprelin 11-də bildirib ki, Rusiyanın defolt olması üçün heç bir aydın səbəb yoxdur.