Ötən ilin sonunda Rusiyanın qızıl ehtiyatları 155.9 milyard dollara çataraq yeni rekorda imza atıb, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.
Fiziki baxımdan ehtiyat təxminən 35 ton artıb.
Daha əvvəl bildirilmişdi ki, Rusiya Maliyyə Nazirliyi 2024-cü il yanvarın 15-dən fevralın 6-dək büdcə qaydasına uyğun olaraq 69.1 milyard rubl məbləğində valyuta və qızıl satışını həyata keçirəcək.