Rusiyanın qızıl ehtiyatları tarixdə ilk dəfə 400 milyard dolları keçib.
Bunu Rusiya Mərkəzi Bankının saytında dərc olunmuş məlumatlar təsdiq edir.
Bildirilir ki, Rusiyanın qızıl aktivlərinin dəyəri rekord səviyyəyə – 402,7 milyard dollara çatıb.
Onların beynəlxalq ehtiyatların strukturundakı payı 48,3%-ə qədər artıb ki, bu da 1995-ci ilin yanvarından bəri ən yüksək göstəricidir.
Həmçinin yanvar ayı ərzində qızıla qoyulan investisiyalar 23,3% artıb.






