8 C
Baku
Thursday, February 29, 2024

Rusiyanın qızıl-valyuta ehtiyatları 2-3 ilə bitəcək-PROQNOZ

Rusiya mövcud qızıl-valyuta ehtiyatlarını ən çox 2-3 il istifadə edə bilər. “TASS” agentliyinin verdiyi xəbərə görə, bunu Peterburq Beynəlxalq İqtisadiyyat Forumunda çıxış edən keçmiş maliyyə naziri, hazırda Rusiya prezidenti yanında İqtisadi Şuranın üzvü, Strateji Araşdırmalar Mərkəzinin sədri Aleksandr Kudrin bildirib. 

Eks-nazir qeyd edib ki, hazırda büdcə kəsirinin maliyyələşdirilməsi üçün ehtiyatlardan ildə 2,5 trln. rubl (40 mlrd. ABŞ dolları) vəsait götürülür və bu, çox uzun müddət davam edə bilməz: “Hazırda biz keçmişin hesabına yaşayırıq, reallığı hiss etmirik. Biz ehtiyatlarımızı satrıq, Mərkəzi Bank rubl çap edir və kəsir qapanır. Bu, 2-3 ildən çox davam edə bilməz”.

A.Kudrin əlavə edib ki, Mərkəzi Bank pul kütləsinin həcmini cari vəziyyətdə saxlamağa cəhd göstərdiyi halda, iqtisadiyyatın digər kanalları vasitəsilə kreditləşməyə mane olur: “Ehtiyat Fondundan imtina edilərsə, maliyyə vəsaitlərini özəl sektordan baha qiymətə cəlb etməyə məcbur olacağıq”.

Xatırladaq ki, Peterburq forumunda danışan Rusiya maliyyə naziri Anton Siluanov ölkəsinin bir sıra büdcə öhdəliklərindən imtina etməli olacağını bildirib. Nazir bunun çətin, lakin zəruri olduğunu qeyd edib. A.Siluanov büdcənin konsolidasiyasını xərclərin azaldılması və ya vergilərin artırılması yolu ilə həyata keçirilməsini vacib sayır. Eyni zamanda qeyd edir ki, ikinci yol iqtisadi artıma zərər yetirəcək: “Yaxın 2-3 ildə büdcə disbalansı minimuma endirilməli, büdcə yeni reallıqlara adaptasiya edilməlidir”.

Report

Son xəbərlər
Digər xəbərlər