11 C
Baku
Sunday, November 17, 2024

Rusiyanın qızıl-valyuta ehtiyatları 400 mlrd. dollara yaxınlaşıb

Rusiyanın qızıl-valyuta ehtiyatları avqustun 12-19-da 2,5 mlrd. ABŞ dolları və ya 0,6% artaraq 398,2 mlrd. dollara yüksəlib. Rusiya Bankının (Rusiya Mərkəzi Bankı) rəsmi saytına istinadən xəbərə görə, ehtiyatlarda artım əsasən müsbət məzənnə fərqinin yenidən qiymətləndirilməsindən yaranıb. İlin əvvəlindən Rusiyanın qızıl-valyuta ehtiyatları 8,1% və ya 29,8 mlrd. dollar artıb.

Xatırladaq ki, keçən ilin ortalarında Rusiya Bankının sədr müavini ölkəsinin valyuta ehtiyatlarını 500 mlrd. dollara çatdırmağı planlaşdırdığını bildirib. Neft qiymətlərinin kəskin azalması fonunda 2014-cü ilin əvvəllərindən etibarən rublu dəstəkləmək üçün Rusiya Bankı 510,5 mlrd. dollarla ilin maksimal səviyyəsində olan qızıl-valyuta ehtiyatlarını valyuita bazarına intervensiya məqsədilə satmağa başlayıb. 2014-cü ilin noyabrında Rusiya Bankının rublu “üzən məzənnə” rejiminə keçirməsindən sonra qızıl-valyuta ehtiyatlarının əriməsi prosesi dayanıb və 2015-ci il aprelin 30-da 350,5 mlrd. dollara qədər geriləyən ehtiyatlar tədricən artmağa başlayıb. Hazırda Rusiyanın qızıl-valyuta ehtiyatları minimal səviyyədən 13,6% yüksək, 2013-cü ilin yanvarındakı maksimal səviyyədən (537,4 mlrd. dollar) isə 25,9% aşağıdır.

Report

Son xəbərlər
Digər xəbərlər