6 C
Baku
Monday, December 16, 2024

“Rusiyanın raket ehtiyatı tükənir”

“Son zamanlar Ukraynaya kütləvi raket zərbələri endirən Rusiya ordusunun raket potensialı tükənmək üzrədir”.

Bu barədə məlumatı yüksəkrütbəli mənbəyə istinadən “Ukrainskaya pravda” nəşri yayıb.

Məlumata görə, Rusiyanın raket ehtiyatı bundan sonra 3-dən çox olmayan kütləvi hücum həyata keçirməyə bəs edəcək.

Bildirilir ki, Ukraynanın hava hücumundan müdafiə qüvvələri artıq Rusiya tərəfinin atdığı raketlərin və İranın kamikadze-dronlarının təqribən 70%-ni zərərsizləşdirə bilir.

Nəşr yazır ki, Rusiyaya öz raket ehtiyatını bərpa etmək üçün 14 aydan 16 aya qədər vaxt lazımdır.

“Rusiya hazırda strateji raket ehtiyatlarından geri qalanları istifadə edir. Ölkə bu ehtiyatları yerli istehsal ilə tez bir zamanda bərpa etmək iqtidarında deyil. Rusiyanın bir neçə həftədir İrandan ballistik raket və çox sayda pilotsuz uçuş aparatı əldə etmək imkanlarını axtarması da ölkənin raket potensialı ilə problem yaşadığından xəbər verir. Moskva raket ehtiyatını operativ şəkildə yeniləyə bilsəydi, idxal imkanları ilə maraqlanmazdı”, – deyə məlumatda vurğulanır.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər