İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Rusiyanın Ryazan vilayəti Hökumətinin sədr müavini Artyom Nikitinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Banker.az İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, əməkdaşlığın inkişaf etdiyi vurğulanıb. Qeyd edilib ki, Rusiyanın regionları ilə, o cümlədən Ryazan vilayəti ilə işgüzar münasibətlər mövcuddur. Bununla belə, sənaye, ticarət, informasiya texnologiyaları, investisiya, turizm, humanitar və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün geniş imkanlar var.
Ryazan vilayəti Hökumətinin sədr müavini Artyom Nikitin Azərbaycanla əməkdaşlığın əhəmiyyətini vurğulayıb, tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.
Tərəflər ikitərəfli əlaqələrin dərinləşdirilməsi üçün görülən işlər barədə fikir mübadiləsi aparıb, əməkdaşlığın genişləndirilməsi istiqamətlərini müzakirə ediblər.
Sonra Riyazan vilayəti Hökümətinin təşkilatçılığı və İqtisadiyyat Nazirliyinin dəstəyi ilə Riyazan şirkətlərinin məhsullarından ibarət “şou-rum”un açılışı olub.