Rusiyanın səhiyyə naziri Azərbaycana gəlib

Rusiyanın səhiyyə naziri Mixail Muraşko bu gün Azərbaycana səfərə gəlib.

O, səfər çərçivəsində Fəxri Xiyabanda Azərbaycanın ümummilli lideri Heydər Əliyev və görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

Nazir Bakıda Azərbaycanın rəsmiləri ilə bir sıra görüşlər keçirəcək.

Səfər zamanı, həmçinin Azərbaycanla Rusiya arasında səhiyyə sahəsində əməkdaşlığa dair sənədin imzalanması planlaşdırılır.

 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.