13 C
Baku
Cümə axşamı, Oktyabr 21, 2021

Rusiyanın Səhiyyə naziri: “COVID-19 peyvəndinin istehsalı ilk növbədə daxili bazara istiqamətlənəcək”

faizlere

“Koronavirusa qarşı peyvənd istehsalı ilk növbədə daxili bazara istiqamətlənəcək”.

Bunu bu gün Rusiyanın Səhiyyə naziri Mixail Muraşko keçirdiyi brifinqdə deyib.

O, ilk növbədə Rusiya vətəndaşlarının tələbatının ödənilməsinin vacib olduğunu bildirib.

Rusiyalı nazir peyvəndin xaricə ixrac olunması potensialının olduğunu da vurğulayıb.

M. Muraşko peyvəndin ilk partiyasının iki həftə ərzində buraxılacağını da qeyd edib.

Qeyd edək ki, avqustun 11-də Rusiyada dünayda ilk dəfə olaraq COVID-19 infeksiyasına qarşı peyvənd qeydiyyatdan keçib. Sputnik-V adını alan peyvənd Rusiyanın Hamaley adına epidemiologiya və mikrobiologiya Mərkəzi tərəfindən hazırlanıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Mənbə:APA
Son xəbərlər
360 380
Oxşar xəbərlər