15 C
Baku
Friday, March 29, 2024

Rusiyanın sabiq nazirinin bank hesablarına məhkəmə həbs qoyub

Moskvanın Başmanı rayon məhkəməsi fırıldaqçılıqda ittiham edilən Rusiyanın sabiq açıq hökumət naziri Mixail Abızovun bank hesablarında olan 121,7 milyon avro vəsaitə həbs qoyub.

Bu barədə TASS-a məhkəmənin mətbuat katibi Yunona Tsareva bildirib.

Onun sözlərinə görə, məhkəmə qərarına hələlik etiraz edilməyib. Hazırkı valyuta kursuna əsasən, həbs qoyulan vəsaitin miqdarı, təxminən, 8,7 milyard rubl təşkil edir.

Qeyd edək ki, Basmannı rayon məhkəməsi aprelin 1-də Abızovun cari hesablarında olan 437 milyon rubla, aprelin 2-də Moskva vilayətindəki iki torpaq sahəsinə və iki yaşayış evinə, eləcə də Moskvada avtomobil parkına həbs qoyub. İyunun 16-da Moskvanın Preobrajenski rayon məhkəməsi “Sənaye Texnologiyaları” ASC-nin dəyəri 160 min rubl olan 1667 adi səhminə həbs qoyub. İstintaqın iddiasına görə, əmlakın həbs edilməsi zərərçəkmişlərə kompensasiya ödənilməsi və Abızova qarşı ittiham hökmü çıxarılacağı təqdirdə dövlətə cərimənin ödənilməsi üçün gərəklidir.

©Azərbaycan24

Son xəbərlər
Digər xəbərlər