10 C
Baku
Friday, December 27, 2024

Rusiyanın SWIFT-dən ayrılması 3-cü sanksiyalar paketinə daxil edilə bilər

Rusiyanın SWIFT-dən ayrılması 3-cü sanksiyalar paketinə daxil edilə bilər.

Bunu İtaliyanın xarici işlər naziri Luici Di Mayo bildirib.

Onun sözlərinə görə, İtaliya Rusiyanın SWIFT ödəniş sistemindən ayrılması ideyasını dəstəkləyib.

“İtaliya həmişə Avropa Komissiyasının təkliflərinə digər ölkələrlə birlikdə səs verib. Biz üçüncü sanksiyalar paketi üzərində işləyirik”, – nazir əlavə edib.

Böyük Britaniyanın baş naziri Boris Conson da NATO-ya üzv ölkələri Rusiyanı SWIFT-dən ayırmağa çağırıb.

Qeyd edək ki, Avropa İttifaqının dövlət və hökumət başçıları bu gün Brüsseldə fövqəladə iclas keçirərək, Ukraynadakı hərbi əməliyyatlara görə Rusiya Federasiyasına qarşı ikinci şəxsi və iqtisadi sanksiyalar paketini təsdiqləyiblər.

Yeni məhdudiyyətlər arasında Rusiyanın məlumat ötürülməsi və SWIFT ödənişlərinin həyata keçirilməsi üçün banklararası sistemdən ayrılması imkanları müzakirə edilir.

Məlumat üçün bildirək ki, 1973-cü ildə yaradılan SWIFT (Society for Worldwide Interbank Financial Telecommunications) ödəniş sistemi banklararası mesajlaşma sistemidir. Hər gün milyonlarca ödəniş və ya pul köçürməsi bu sistem vasitəsilə bankların balansında əks olunur. SWIFT sistemi Belçikada qeydiyyatdan keçib və şirkətin fəaliyyətinə Avropanın aparıcı ölkələrinin mərkəzi bankları tərəfindən nəzarət edilir. Bu ödəniş sistemi dünyada ən səmərəli və sürətli maliyyə mesajlaşma xidməti kimi tanınır.

 

 

Son xəbərlər
Digər xəbərlər