9 C
Baku
Sunday, November 17, 2024

Rusiyanın tələbi ilə BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək

Sentyabrın 13-də Rusiyanın tələbi ilə Qərb silahlarının rəsmi Kiyevə verilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclası keçiriləcək.

Bunu Rusiya Federasiyasının təşkilatdakı daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

“BMT Təhlükəsizlik Şurasında sentyabr ayında “Ukrayna müzakirəsi”nə başlayırıq. Sentyabrın 10-da Nyu-York vaxtı ilə saat 15:00-da Ukraynadakı vəziyyətin humanitar aspektləri ilə bağlı qərblilərin tələb etdiyi görüş başlayacaq. Buna cavab olaraq, biz sentyabrın 13-də Nyu-York vaxtı ilə saat 10:00-da Qərb silahlarının Kiyev rejiminə tədarükü ilə bağlı görüş keçiririk”, – deyə o, “Telegram” kanalında yazıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər