10 C
Baku
Tuesday, November 26, 2024

Rusiyanın Ukrayna barədə açıqlamasından sonra “Brent” kəskin ucuzlaşdı

Dünya bazarında “Brent” markalı neftin qiyməti ucuzlaşıb.

Ticarət platformasının məlumatlarına görə, Londonun ICE birjasında “Brent” markalı neftin 2022-ci ilin iyun ayında tədarükü üçün fyuçers müqaviləsinin qiyməti 5%-dən çox azalaraq, bir barel üçün 103,85 dollar təşkil edir.

Saat 15:35-ə olan məlumata görə, “Brent” markalı neft 6%-dən çox ucuzlaşaraq, bir barel üçün 102,19 dollara (-6,67%) alınıb.

Bildirilir ki, “Brent”in ucuzlaşmasına səbəb Rusiyanın Ukraynanın bəzi regionlarında hərbi əməliyyatlarını azaldacağını bəyan etməsi olub.

Son xəbərlər
Digər xəbərlər