8 C
Baku
Friday, December 13, 2024

Rusiyanın Ukrayna üzərindən Avropaya neft nəqli dayandırıldı

Ukrayna tranzit xidmətlərinin ödənilməsini mümkünsüz edən sanksiyalara görə “Drujba” kəmərinin cənub hissəsindən Rusiya neftinin tranzitini dayandırıb.

Bu barədə Rusiyanın “Transneft” neft şirkətinin məlumatında deyilir.

Ukraynanın “Ukrtransnafta” şirkətinin (“Naftoqaz”ın törəmə şirkəti) hələ avqustun 4-dən Rusiya neftinin Macarıstan, Çexiya və Slovakiyaya tranzitini dayandırdığı məlum olub.

“Transneft”in məlumatına görə, buna səbəb tranzit xidmətləri üçün “Ukrtransnafta”nın hesablarına vəsaitin daxil olmaması olub. Rusiya şirkəti Avropa İttifaqının sanksiyalarını nəzərə alaraq tranzit haqqını ödəyə bilmir, Ukrayna isə 100% ilkin ödəniş əsasında tranzit xidmətləri göstərir.

Rusiya şirkəti iddia edir ki, onlar tranzit üçün ödəniş ediblər, lakin vəsait hesaba qaytarılıb. Ödənişlər üzrə “Qazprombank” xidmət göstərir – onlar qeyd ediblər ki, yeddinci sanksiyalar paketinə görə ödəniş rədd edilib.

Son xəbərlər
Digər xəbərlər