22 C
Baku
Friday, April 26, 2024

Rusiyanın Ukraynada itkilərinin sayı 135 mini ötüb

Ukrayna ordusu müharibə başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 135 010 hərbçisini zərərsizləşdirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, Ukrayna ordusu son sutkada Rusiyanın 910 hərbçisini məhv edib.

Müharibə başlayandan indiyədək Rusiyanın digər döyüş itkiləri 3 255 tank, 6 468 zirehli maşın, 1967 operativ-taktiki PUA, 2244 artilleriya sistemi, 463 reaktiv yaylım atəşi sistemi, 232 hava hücumundan müdafiə sistemi, 295 təyyarə, 18 gəmi, 284 helikopter, 796 qanadlı raket, 18 gəmi, 5 121 avtomobil və tanker, 203 xüsusi texnikadan ibarətdir.

Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevralın 24-də başlayıb.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər