9 C
Baku
Wednesday, March 22, 2023

Rusiyanın Ukraynadakı itkiləri 126 mini ötdü

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 650 hərbçisini itirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 126 160 nəfərə çatıb. Həmçinin son sutka ərzində Rusiyaya məxsus 8 tank, 22 zirehli döyüş maşını, 7 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər
X