29 C
Baku
Tuesday, July 23, 2024

Rusiyanın Ukraynadakı itkilərinin sayı 200 mini ötüb

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya ordusunun 200 590 hərbçisi məhv edilib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin (SQ) Baş Qərargahı məlumat yayıb.

Son sutkada Rusiyanın 520 hərbçisi zərərsizləşdirilib.

Müharibə başlayandan Rusiya ordusunun döyüş itkiləri 3771 tank, 7 365 zirehli maşın, 2 748 operativ-taktiki PUA, 3166 artilleriya sistemi, 562 reaktiv yaylım atəşi sistemi, 318 hava hücumundan müdafiə sistemi, 982 qanadlı raket, 308 təyyarə, 294 helikopter, 18 gəmi/kater, 6 067 avtomobil və tanker, 417 xüsusi texnikadan ibarətdir.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər