8 C
Baku
Wednesday, December 25, 2024

Rusiyanın Ukraynadakı itkiləri açıqlanıb

“Tammiqyaslı müharibə başlayandan bəri Rusiya Ukraynada 300-dən 400 minə qədər hərbçi itirib”.

Bu barədə “The Guardian“ anonimlik şərti ilə Qərb rəsmilərinə istinadən yazır. Onların sözlərinə görə, Rusiya qoşunları Donetsk vilayətinin Avdeevka yaxınlığındakı ən şiddətli döyüşlərdə hər gün 500-dən 1000-ə qədər əsgər itirir.

Rəsmilər hesab edirlər ki, Ukraynanın Zaporojye istiqamətində əks-hücum əməliyyatı artıq başa çatıb, baxmayaraq ki, “üç briqada” Dneprdən keçib. Rəsmilərin fikrincə, çayı keçməkdəki uğura baxmayaraq, Ukrayna Silahlı Qüvvələri çox güman ki, yalnız tədricən irəliləyiş əldə edə biləcək.

“Hər iki tərəf quruda həlledici əməliyyat keçirməyə qadir deyil”, – deyə onlardan biri bildirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər