Ukrayna ilə Rusiya arasında hərbi əməliyyatlar başlayandan bəri ölən rusiyalı əsgərlərin sayı 249 110-a çatıb.
Ukrayna Silahlı Qüvvələri son sutka ərzində 620 rus əsgərini və 30-dan çox artilleriya sistemini məhv edib.
Baş Qərargahın məlumatına görə, son sutka ərzində Rusiyaya məxsus 4 tank, 2 zirehli döyüş maşını, 32 artilleriya sistemi, 12 pilotsuz uçuş aparatı, 30 nəqliyyat vasitəsi və 6 ədəd xüsusi texnika sıradan çıxarılıb.
Qeyd edək ki, iki ölkə arasında hərbi əməliyyatlar 2020-ci il fevralın 24-də başlayıb.
Bu gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna ilə bağlı məsləhətləşmələr başlayacaq. Danışıqlarda 30 ölkənin nümayəndələri iştirak edəcək. Müzakirələrin iki gün davam edəcəyi gözlənilir.
Toplantı təhlükəsizlik üzrə müşavirlər səviyyəsində keçiriləcək. Məsləhətləşmələrdə Braziliya, Böyük Britaniya, Zambiya, Çin, Misir, Aİ, Hindistan, İndoneziya, Meksika, Polşa, ABŞ, Çili, Cənubi Koreya, Cənubi Afrikadan rəsmi şəxslərin iştirakı gözlənilir. Çini Avrasiya məsələləri üzrə xüsusi nümayəndə Li Hui təmsil edəcək.