9 C
Baku
Monday, November 18, 2024

Rusiyanın Ukraynaya atdığı raketlər Moldovanın hava məkanını pozub

Rusiyanın Ukraynaya atdığı raketlər Moldovanın hava məkanını pozub.

Bu barədə Moldova Xarici İşlər Nazirliyindən bildirilib.

“Qara dənizdə Rusiya hərbi gəmilərindən atılan üç qanadlı raket ölkəmizin ərazisindən Kolbasna (qondarma Dnestryanı) və Soroka şəhəri ərazisindən keçib. Milli hava məkanımızın pozulması tamamilə qəbuledilməzdir”, – deyə Moldova XİN-nin teleqram kanalının yaydığı məlumatda qeyd olunub.

Rusiyanın Moldovadakı səfiri Oleq Vasnetsov ölkənin hava məkanının pozulması ilə bağlı bəyanatdan sonra XİN-ə çağırılıb.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər