7 C
Baku
Thursday, December 12, 2024

Rusiyanın Ukraynaya vurduğu zərərin miqdarı açıqlanıb

Rusiyanın bir il ərzində Ukraynaya hücumu nəticəsində bu günə kimi birbaşa itkilər təqribən 140 milyard ABŞ dolları həcmindədir.

Bunu ekspert Aleksandr Bondarenko bildirib.

Onun sözlərinə görə, buraya Rusiya ordusu tərəfindən dağıdılmış onminlərlə binalar, mənzillər, evlər, 8 min km-ə yaxın yol, 400-ə yaxın körpü, 500-dən çox məktəb, 1000-dən çox uşaq bağçası, xəstəxanalar, bir sözlə, bütün humanitar-sosial infrastruktur daxildir.

A.Bondarenko bildirib ki, müharibə nəticəsində Ukrayna iqtisadiyyatının məruz qaldığı birbaşa itkilərdən başqa dolayı itkiləri də qeyd etmək lazımdır:

“Dolayı itkilərə isə ÜDM-in azalması, müəssisələrin bağlanması, insanların ölkədən köçməsi, yəni itirilən intellektual kapital daxildir. Çünki milyonlarla insan Avropaya köçüb. Burada itkilərin həcmi 300 milyard dollardan çoxdur”.

O qeyd edib ki, bu gün ümumilikdə 500 milyard dollarlıq itkidən danışmaq olar:

“Hökumətimizin başqa hesablamalarına görə bu rəqəm hətta təqribən 700 milyard dollardır. Burada sual yarana bilər ki, Ukraynanın iqtisadiyyatı və infrastrukturunun bərpası, modernizasiyası üçün bu qədər vəsaiti haradan tapacağıq? Ondan başlayaq ki, İsveçrədə, Avropanın digər ölkərində və ABŞ-da Rusiyanın 300 milyard dollar həcmində dondurulmuş qızıl-valyuta ehtiyatları var. Müvafiq olaraq, yolların, infrastruktun, körpülərin, energetikanın və binaların bərpasına başlanılması üçün Ukrayna bu vəsaitin ona veriləcəyini gözləyir. İkinci mənbə təqribən 100-150 milyard dollar həcmində beynəlxalq maliyyə yardımı, qrantlar ola bilər. Üçüncü mənbə isə büdcə vəsaitləri, vergi daxilolmaları və avrobondların buraxılması hesabına formalaşacaq Ukraynanın daxili ehtiyatlarıdır”, – deyə, o, əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər