9 C
Baku
Friday, December 13, 2024

Rusiyanın valyuta ehtiyatları bir həftəyə 1 mlrd. dollardan çox azalıb

Bu ilin sentyabr ayının ilk 7 günü ərzində Rusiyanın valyuta ehtiyatları 1,2 mlrd. ABŞ dolları və yaxud 0,26% azalaraq 460,4 mlrd. dollardan 459,4 mlrd. dollara düşüb.

“Report” bu barədə Rusiya Bankına (Mərkəzi Bank) istinadən xəbər verir.

Xatırladaq ki, valyuta ehtiyatları adı çəkilən quruma və hökumətə məxsus yüksək likvdli xarici aktivlərdən ibarətdir. Avqust ayında bu rəqəmin 2,6 mlrd. dollar artdığı bildirilirdi.

Son xəbərlər
Digər xəbərlər