2 C
Baku
Saturday, December 14, 2024

Rusiyanın valyuta ehtiyatları bir həftəyə 8 mlrd. dollara yaxın artıb

Yanvarın 25-dən fevralın 1-nə qədər davam edən 1 həftə ərzində Rusiyanın valyuta ehtiyatları 7,9 mlrd. ABŞ dolları və yaxud 1,7% artaraq 469,8 mlrd. dollardan 477,7 mlrd. dollara çatıb.

“Report” bu barədə Rusiya Bankına (Mərkəzi Bank) istinadən xəbər verir.

Xatırladaq ki, valyuta ehtiyatları adı çəkilən quruma və hökumətə məxsus yüksək likvdli xarici aktivlərdən ibarətdir.

©Report

Son xəbərlər
Digər xəbərlər