Rusiyanın xarici borcunun həcmi oktyabrın 1 -nə 489,2 mlrd. ABŞ dolları təşkil edib. İlin əvvəlindən xarici borcu həcmi 21,9 mlrd. dollar və 4,7% artıb.
Bu barədə Rusiya Mərkəzi Bankının (Rusiya Bankı) açıqlamasında deyilir.
“Göstəricinin dinamikasında həlledici rolu Rusiyanın III rübdə BVF tərəfindən müəyyən olunmuş yanaşmalara uyğun olaraq ölkələrə verildiyi 17,5 mlrd. dollar məbləğində xüsusi borcalma hüquqlarının alması oynayıb”, – Rusiya Bankının açıqlamasında bildirilir.
Yanvar-sentyabr aylarında dövlət borc üzrə öhdəliklər 2,5 mlrd. dollar artaraq 67,8 mlrd. dollara yüksəlib. Mərkəzi Bank bunu qeyri-rezidentlərin suveren qiymətli kağızlara investisiyalarının həcminin artması ilə izah edir. Özəl sektorun xarici borc öhdəlikləri faktiki olaraq dəyişməyib.
“Bankların qeyri-rezidentlərə olan borcunun 5,8 mlrd. dollar artaraq 77,9 mlrd. dollara çatması digər sektorların xarici borcunun 4,9 mlrd. dollar azalaraq 312 mlrd. dollara düşməsi ilə qismən kompensasiya edilib”, – Rusiya Bankı məlumatında deyilir.