Rusiyanın xarici borcu ilin əvvəlindən 6,5 milyard dollar artıb

Rusiyanın xarici borcu cari il iyulun 1-nə 313,3 milyard dollar təşkil edib, bu da ilin əvvəlindən 2,1% artım deməkdir.

Bu barədə Rusiya Mərkəzi Bankının məlumatında bildirilib.

“Bankın qiymətləndirməsinə görə, 1 iyul 2026-cı il Rusiya Federasiyasının xarici borcu 313,3 milyard dollar təşkil edib və 2026-cı ilin əvvəlindən 6,5 milyard dollar və ya 2,1% artıb. Ən əhəmiyyətli dərəcədə digər sektorların və bank sisteminin xarici öhdəlikləri artıb”, – məlumatda qeyd olunub.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər