21.6 C
Baku
Monday, October 7, 2024

Rusiyanın xarici işlər nazirinin müavini ATƏT-in Minsk Qrupunun Qarabağla bağlı təkliflərdən danışıb

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko jurnalistlərə verdiyi açıqlamada, Dağlıq Qarabağdakı münaqişənin həllində ATƏT-in Minsk Qrupu çərçivəsində müəyyən təkliflərin olduğunu və hal-hazırda onların müzakirə edildiyini bildirib.

Banker.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.

“Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ATƏT-in Minsk Qrupu çərçivəsində müəyyən təkliflərimiz var. Hal-hazırda müzakirələr aparılır”, – Rudenko söyləyib.

O, Moskvanın Qarabağ münaqişəsinin siyasi yolla həll edilməsinin tərəfdarı olduğunu vurğulayıb. “Biz birmənalı olaraq bu münaqişənin hərbi yolla həll oluna bilməyəcəyindən əminik”.

Nazir müavini həmçinin Azərbaycan və Ermənistan liderləri arasında görüş barədə danışmağın hələ tez olduğunu söyləyib.

“Danışıqlar ekspert səviyyəsinə aparılır, ilk növbədə Minsk Qrupu çərçivəsində. Başqa bir şey haqqında danışmaq hələ tezdir”, – Andrey Rudenko bildirib.

Son xəbərlər
Digər xəbərlər