9 C
Baku
Friday, December 13, 2024

Rusiyanın xarici ticarət profisiti $238 milyarda çatıb

Rusiyanın xarici ticarət profisiti bu ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 120 faiz artaraq 238 milyard dollara çatıb.

Bu haqda Rusiya Mərkəzi Bankı məlumat yayıb.

Bildirilib ki, ölkənin ixracatı bu ilin ilk 9 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 28 faiz artaraq 483 milyard dollara çatıb.

Sözügedən dövrdə ölkənin idxalı 10 faiz azalaraq 245 milyard dollar olub.

Rusiya Mərkəzi Bankının hesablamalarına görə, neftin orta qiyməti 80 dollar olmaqla ilin sonunda ölkənin xarici ticarət profisiti 243 milyard dollara çatacaq.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər