17 C
Baku
Cümə, May 20, 2022

“Rusiyaya ən gözəl cavab Ukraynanın NATO-ya üzvlüyü olar”

“Rusiyaya ən gözəl cavab Ukraynanın NATO-ya üzv qəbul edilməsi olar. Prezident Ərdoğanın vasitəçilik təklifini dəstəkləyirik. Bu, problemin siyasi yolla həllinə kömək olacaq”.

Banker.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar dünən Rusiya-Ukrayna krizi ilə bağlı mətbuata verdiyi açıqlamasında deyib.

“22 Fevralda Rusiya ümumilikdə 96 dəfə atəşkəsi pozub. Bunların 81-i ağır silahlar vasitəsilə olub. Həmçinin, həm Krımda, həm də Belarusda rus əsgərləri toplanıb. Beləcə fərqli stiqamətlərdən hücum riski var. Ən böyük risk hazırda işğal edilən Donetsk və Luqanskın bəzi yerlərindədir. Rusiya tərəfindən hər şey gözləmək olar. Bizim araşdırmalarımza görə, hazırda kütləvi hücuma keçmələri üçün yetərincə imkanları yoxdur. Amma təbii ki, Rusiya lokal əməliyyatlara, bəzi yerlərdə provakasiyalara hazırdır. Biz ən pis ssenariyə hazırıq. Ukrayna bütün baş verənlərə baxmarayaq, sülh və diplomatik yolla həllə tərəfdardır. Diplomatik yol işə yaramasa, ən effektiv vasitə sanksiyadır. Biz müharibə istəmirik, müharibəni təbliğ etmirik. Bundan əminəm ki, Ukrayna ordusu nə qədər güclü olsa Rusiyanın hücum ehtimal bir o qədər aşağı olar. Rus cəmiyyəti Ukraynaya hücuma həvəsli deyil. Rusiya Avropanın təhlükəsizliyinə təhdid yaradır. Bu vəziyyətdə Rusiyaya ən gözəl cavab Ukraynanın NATO-ya üzv qəbul edilməsi olar.

Cənab Ərdoğann Rusiya tərəfiylə də yaxşı münasibətləri var. Müharibə hər kəsə zərər gətirəcək, Türkiyə də daxil olmaqla. Çünki Türkiyənin həm Rusiya, həm də Ukrayna ilə ticari münasibətləri var. Biz inanırıq ki, təklif etdiyimiz diplomatik yol mövcud problemin həll olunmasın təmin edəcək və Rusiyanın Ukraynana hücumunun artmasının qarşısını alacaq. Regionda belə bir əsgəri hərəkatın canlandırılması region iqtisadiyyatına, təhlükəsizliyə zərər verəcək” – deyə, o, bildirib.

Son xəbərlər
Oxşar xəbərlər