Rusiyaya daxil olan miqrantların karantinə göndərilməsi müzakirə edilir.
Rusiyalı deputat Sergey Mironov belə bir fikir irəli sürüb.
Deputat hesab edir ki, bu tədbir meningit hallarının artmasının qarşısını almaq üçün lazımdır. O əmindir ki, peyvənd olunmayan miqrantlar səbəbindən Rusiyada bu xəstəliklə bağlı qoyulan diaqnozlar artır.
“Onları ölkəyə daxil olduqdan sonra tutmağa çalışmaq faydasızdır”, – deyə Sergey Mironov bildirib.
O, həmçinin hesab edir ki, əcnəbilərə yalnız təhlükəli xəstəlikləri olmadığı barədə arayış təqdim edildikdən sonra iş vizası verilməlidir.
Qeyd edilib ki, 2025-ci ilin ilk beş ayında təxminən 1 266 yoluxma halı qeydə alınıb. Bu statistik göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 260% çoxdur.