Ukraynada müharibənin başlanmasından sonra ilk dəfə Rusiya Prezidenti Vladimir Putin mümkün sülh danışıqlarında vasitəçi olan ölkədən “sülh təklifi” alıb.
Eyni zamanda Kreml rəhbərinə təklifi rədd etməmək barədə ciddi tövsiyələr verilib. Putinə məsləhət görülüb ki, ona təqdim oluna biləcək şansa “tutunsun” və təklifin əsas bəndlərinin konsepsiyasını dəyişmədən öz istəklərini “ətraflı” şəkildə nəzərdən keçirsin.
“Telegram” kanalı Kremldəki mənbələrə istinadən “sülh təklifi”nin mətni ilə bağlı da paylaşım edib.
“Rusiya Ukraynanın işğal olunmuş ərazilərindən qoşunlarını çıxarır və Ukrayna Silahlı Qüvvələrinin dövlət sərhədinə çıxmasına icazə verir. Krım məsələsi 7 il müddətinə təxirə salınır. Rusiya Ukraynanın 7 il ərzində NATO-ya üzv olmayacağına dair zəmanət alır. Krım demilitarizasiya olunmuş zonadır (yalnız kiçik silahlar). Rusiya Hərbi Dəniz Qüvvələrinin Qara dəniz donanması Krımı tərk edir. Rusiya və Belarus Respublikasının Ukrayna ilə quru sərhədi 100 km-lik demilitarizasiya olunmuş zonadır (Rusiyanın ağır silahlarından). Ölkələr qarşılıqlı şəkildə bir-birinə hücum etməmək barədə zəmanət verməyə və nəzarət əməliyyatlarını yerinə yetirməyə hazırdır”, – deyə mətndə bildirilir.
Bundan əlavə, təklifdə Dnestryanı bölgənin Moldovanın nəzarətinə keçdiyi bildirilir. Mənbədən verilən məlumata görə, bu gün və yaxın günlərdə Putin təklifləri yaxın ətrafı ilə müzakirə edəcək.