İstanbul boğazından keçən quru yük gəmisinin mühərrikində yaranan nasazlıq səbəbindən nəqliyyatın hərəkəti dayandırılıb.
Bu barədə Türkiyə Sahil Mühafizəsi Departamenti məlumat yayıb.
Bildirilib ki, gəmi Rusiyaya məxsus olub və bu ölkəyə quru yük aparırmış.
Türkiyənin Tuzla limanından Rusiyanın Qafqaz limanına gedən 190 metrlik “Annita” gəmisinə iki yedək gəmi və pilotlu bir qayıq göndərilib.