Rusiya ərazisinə giriş etmək üçün tələb olunan COVID-19-a dair PCR-testin etibarlılıq müddəti 48 saata qədər azaldılır.
Banker.az bu barədə Azərbaycan Hava Yollarına istinadən xəbər verir.
Daha əvvəl PCR-testi 72 saat ərzində etibarlı idi.
Rusiya hökumətinin bu qərarı yeni “Omikron” ştammının xüsusiyyətləri və onun yüksək yoluxuculuğu səbəbindən alınmışdır.