10 C
Baku
Thursday, December 12, 2024

Rusiyaya girişi qadağan edilən Aİ nümayəndələrinin siyahısı genişləndirilib

Rusiya Avropa İttifaqının 14-cü sanksiya paketinə cavab olaraq, Rusiyaya girişi qadağan edilən Avropa institutlarının və Aİ-yə üzv ölkələrin nümayəndələrinin siyahısını genişləndirib.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

“Bu qeyri-dost addımlara cavab olaraq Rusiya tərəfi “Rusiya Federasiyasını tərk etmək və Rusiya Federasiyasına daxil olmaq qaydası haqqında” Federal Qanuna uyğun olaraq Avropa institutlarının və Avropa İttifaqına üzv ölkələrin nümayəndələrinin Rusiya ərazisinə girişi yasaqlanıb. Moskva Qərb ölkələrinin heç bir qeyri-dost addımını cavabsız qoymayacaq”, – deyə bəyanatda qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər