12 C
Baku
Wednesday, December 11, 2024

Rusiyaya görə təyyarənin uçuşu dayandırıldı

Böyük Britaniya hakimiyyəti Rusiya ilə əlaqəli təyyarənin uçuşunu dayandırıb.

Bu barədə Britaniyanın nəqliyyat naziri Qrant Şapps Tvitter hesabında yazıb.

Təyyarənin London Luton Hava Limanından qalxmasının qarşısı alınıb. Nəqliyyat Departamenti onun Rusiyaya tətbiq edilən sanksiyaları pozub-pozmadığını araşdırır.

Hazırda istintaq davam edir, lakin rəsmilər onun sahibinin adı ilə bağlı heç bir məlumat verməyəcək.

 

 

 

Xatırladaq ki, Nəqliyyat Departamenti bu yaxınlarda “HeliCo Group” MMC-yə məxsus şəxsi helikopterdən əlavə, Roman Abramoviçin şəriki Yevgeni Şvidlere məxsus iki şəxsi təyyarəni saxlayıb.

 

 

Son xəbərlər
Digər xəbərlər