13 C
Baku
Saturday, November 23, 2024

Rusiyaya hansı sanksiyalar tətbiq oluna bilər?

Qərb qüvvələri Ukraynanın işğalını dayandrmaq üçün Rusiyanı ağır iqtisadi sanksiyalar tətbiq etməklə təhdid edir. Lakin Qərb diplomatları Rusiyan hazırlıqsız yaxalamaq üçün hansı cəzaların tətbiq ediləcəyi mövzusunda açıq olmağı rədd edirlər.

ABŞ Senatı “bütün sanksiyaların anası” olaraq adlandırdığı bir siyahı hazırlayıb. ABŞ Prezidenti Co Bayden rusiyalı həmkarı Vladimir Putinin “tətbiq edəcəyimə söz verdiyim sanksiyalar kimi sanksiyaları əvvəllər heç görmədiyini” deyib.

Bəs Qərbin planladığı sanksiyalar hansılar ola bilər?

Banker.az sanksiyaların məzmunu ilə bağlı araşdırmanı təqdim edir.

Maliyyə məhdudiyyətləri

Rusiyanı qlobal maliyyə telekommunikasiya xidməti olan SWIFT sistemindən çıxarmaq. Bu sistem 200-dən çox ölkədə minlərlə maliyyə təşkilat tərəfindən istifadə olunur. Bu, Rusiya banklarının xarici ölkələrdə iş görməyini çox çətinləşdirəcək bir həmlə olar. Bu sanksiya 2012-ci ildə İrana tətbiq olunmuşdu. Ölkə vacib neft gəlirlərini və xarici ticarətin böyük bir qismini itirmişdi. Ancaq bu sanksiyanın bankları Rusiyanın maliyyə təşkilatları ilə yaxın əlaqələri olan ABŞ və Almaniya kimi ölkələr üçün iqtisadi bir bədəli olacaq. Ağ Ev bunun Rusiyanın Ukraynanı işğalına bir cavab olaraq dərhal həyata keçirilməsinin çox da mümkün olmayacağını deyir. ABŞ-ın Milli Təhlükəsizlik Müşavirinin müavini Dalip Sing “Yəqin ki, ilk sanksiya paketində SWIFT-i görməyəcəyik” deyib.

Dollara qadağa

ABŞ Rusiyanın ABŞ dolları ilə həyata keçirilən maliyyə əməliyyatlarına qadağa qoya bilər. Bu sanksiyadan sonra bir rus qurumunun dollarla əməliyyat həyata keçirməyinə icazə verən hər hansı bir qərb firması cəzalandırılacaq. Bu, Rusiyanın dünya üzrə alıb sata biləcəyi məhsulların sən dərəcə məhdud olacağ mənasna gəlir. Neft və qaz satışlarının çoxu dollarla həyata keçirildiyinə görə, bunun Rusiya iqtisadiyyatına böyük bir təsiri ola bilər.

Borc əldə etmək imkanının məhdudlaşdırılması

Qərb qüvvələri Rusiyanın beynəlxalq borc bazarına girişini əngəlləmək üçün hərəkətə keçə bilər. Qərb qurumlarının və bankların rus istiqrazlarını satınalma qabiliyyətləri onsuz da məhduddur – bu məhdudiyyətlər daha da arta bilər. Bu, Rusiyanı iqtisadiyyatını böytmək üçün ehtiyacı olan maliyyə vəsaitindən məhrum buraxacaq. Ölkənin borclanma maliyyəti yüksələ bilər və rublun dəyəri daha da aşağı düşə bilər. Rusiya xarici investorların əlindəki borc miqdarını azaldaraq bu sanksiyaya hazırlaşmışdı. Dövlətə aid Sberbank Aİ tərəfindən sanksiya tətbiq edilən ən böyük rus banklarından biridir.

Bankların əngəllənməsi

ABŞ bəzi rus banklarını qara siyahya ala bilər və beləliklə, dünyada hər hansı bir kəsin bu banklarla əməliyyat həyata keçirməyini demək olar ki, imkansız hala gətirə bilər.

Bu vəziyyətdə Moskva bankları xilas etmək və inflyasiyanın yüksəlib gəlirlərin aşağı düşməyinin qarşısını almaq üçün əlindən gələni etmək məcburiyyətində qalacaq. Bunun rus banklarında pulu olan Qərb investorları üçün də böyük bir mənfi təsiri olacaq.

Məqsədli ixrac nəzarəti

Qərb əsas malların Rusiyaya ixracını məhdudlaşdıra bilər. Məsələn, ABŞ Rusiyaya amerikan texnologiyası, proqram təminatı və ya avadanlıq da daxil, hər hansı bir mal satan şirkətləri dayandıra bilər. Bu, xüsusilə avtomobillərdən smart telefonlara, emal dəzgahlarından istehlak elektronikasına qədər demək olar ki, hər yerdə istifadə olunan yarımkeçirici mikroçiplərin ixracını limitləyə bilər. Bu vəziyyət Rusiyanın yalnız müdafiə və hava sektorlarını deyil, bütün iqtisadiyyatına təsir edər.

Enerji sanksiyaları

Rusiya iqtisadiyyatı yüksək dərəcədə xaricə qaz və neft satışından asılıdır. Satışlar Kreml üçün böyük bir gəlir qaynağıdır. Qərb ölkələrin və şirkətlərin Qazprom və ya Rosneft kimi böyük rus enerji nəhənglərindən neft satın almağını qadağan edə bilər. Bəzi alman siyasətçilər Avropa iqtisadiyyatını mənfi təsir edəcəyini əsas gətirərək Nord Strim 2-ni dayandırmaq mövzusunda istəksizdirlər. ABŞ Baltik dənizi altında Rusiyadan Almaniyaya uzanan və Nord Strim 2 olaraq adlandırılan yeni bir qaz boru xəttinin fəaliyyətə keçməsini dayandırmaq üçün diplomatik gücündən istifadə edə bilər. Boru xəttinin inşaatı tamamlandı, ancaq hələ də tənzimləyici orqandan təsdiq gözləyir. ABŞ Prezidenti Bayden bu mövzuda “Sizə söz verirəm, bacaracağıq” deyib. Ancaq Rusiya qazı üzərindəki hər hans bir məhdudiyyət böyük əksəriyyəti şərqdən gələn enerjidən asılı olan Avropada qiymətləri artıracaq.

Ayrı-ayrı şəxslərə sanksiyalar

Yeni sanksiyalar təkcə Vladimir Putinin ortaqların deyil, eyni zamanda Rusiya rəhbəri özü də daxil olmaqla, ayrı-ayrı şəxsləri hədəf ala bilər. Bu, böyük ehtimalla Ukraynaya qarşı düşmənçilik hərəkətlərinin cəzalandırılmas ya da suverenliyini və ya ərazi bütünlüyünü təhdid edənlərə qarşı bir sanksiya olaraq müəyyən ediləcək. Əlaqəli şəxslərin əmlaklarının dondurulması və səyahətlərinin qadağan olunması ən böyük ehtimallardır. Ancaq bu tip sanksiyaların çoxu onsuz da qüvvədədir və hələ Rusiyanın yanaşmasını dəyişdirməyib. ABŞ və avropalı qüvvələrin gözləntisi Rusiyanın elit təbəqəsinin xarici ölkələrdəki sərvətlərinə əllərinin çatmaması və övladların qərb məktəblərində və universitetlərində oxutmasalar Putinə təzyiq etməkləridir.

London əngəli

Rusiya vətəndaşlarının Londona investisiya yatırmalarını məhdudlaşdırmaq üçün bəzi sanksiyalar tətbiq oluna bilər. İngiltərə höküməti Londona axan qanunsuz rus pulu ilə mübarizə aparacağına söz verib. Rus pulunun İngiltərə paytaxtındakı miqyası elə bir səviyyədədir ki, buradak sərmayə üçün “Londonqrad” ləqəbi işlədilir. İngiltərə höküməti bu problemi həll etdiyini iddia edir. Ancaq bəzi ABŞ təşkilatları Ağ evin İngiltərəyə bu mövzuda daha çox təzyiq göstərməyini istəyir.

Qərb üçün çətinliklər

Qərb ölkələri Rusiyanın Ukraynaya kütləvi hücum başlatması halında koordinasiyalı və ağır sanksiyalar üçün planlar hazırlayıb. Bəs birdən Rusiya Co Baydenin dediyi kimi “kiçik bir hücum” edərsə? Rusiyanın Ukraynanı təhdid etmək üçün əsgərlərini aylarla mühasirədə saxlaması və ölkəni zəiflətmək üçün kiber hücumlar başlatması ehtimalı da var. ABŞ və Avropadan olan diplomatlar qərb ölkələrinin bu ssenarilərə necə cavab verəcəkləri mövzusunda həmfikir olmadıqlarını deyirlər. Rusiya ilə daha yaxın əlaqələri olan Macarıstan, İtaliya və Avstriya kimi bəzi ölkələr bütün bir hücum olmayacağı halda sanksiyaları tətbiq etməyə istəksiz ola bilərlər. Rusiya Çin və digər müttəfiqlərindən dəstək alaraq Qərbin sanksiyalarının təsirini azalda bilər. Nəticə olaraq, ən təsirli iqtisadi sanksiyaların onları tətbiq edənlər üçün yüksək bir bədəli var. Bunu nəzərə alaraq qərbdəki bütün ölkələr sanksiyalar məsələsini qəbul etməyə istəkli deyillər.

 

Son xəbərlər
Digər xəbərlər