Ukraynanın Rusiyanın paytaxtı Moskva daxil olmaqla müxtəlif bölgələrə pilotsuz uçuş aparatları ilə hücumlar təşkil etdiyi iddia olunur.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukrayna gecə saatlarında PUA-lardan istifadə edərək Krasnodar bölgəsi və Adıgey Respublikasındakı mülki infrastruktura hücum etməyə cəhd göstərib.
Rusiya Silahlı Qüvvələrinin elektron döyüş bölmələri tərəfindən hücumun qarşısının alındığı qeyd olunub.